Hyundai Grandeur 2.2 Dizel (2016)
Ailə maşını – İdeal vəziyyətdə (Şəxsi istifadə)
* Tarixçə: Koreyadan şəxsi istifadə üçün xüsusi seçilərək gətirilib. Azərbaycanda tək əl (yalnız özüm) tərəfindən səliqəli idarə olunmuş ailə avtomobilidir.
* Vəziyyəti: Böyük qəzası (udar, ağır zərbə) olmayıb. Vaxtı-vaxtında bütün texniki qulluqları olunub, çox baxımlı maşındır.
* Xüsusiyyət: Bu modellərə xas olan heç bir xroniki və ya universal problemi yoxdur. Tam xərcsiz, otur-sür avtomobildir.
* Satış səbəbi: Yeni SUV (hündür maşın) aldığım üçün satıram. Satmağa tələsmirəm.
⚠️ DIQQƏT: Maklerlər, alverçilər və qiymət öldürmək istəyənlər narahat etməsin! Qiymətdə fantastik endirim olunmayacaq.
Maşından başı çıxan və özünə problemsiz, səliqəli ailə avtomobili axtaran real alıcılar əlaqə saxlaya bilər.