Hyundai Elantra 2007, 1.6 benzin
Maşını 2025-ci ilin yanvar ayında 443.000 km yürüşdə almışam. 2025-ci ilin mart ayında, 445.000 km-də mühərriki orijinal detallar ilə sıfırdan yığdırmışam. Eyni zamanda sürətlər qutusu sökülüb yoxlanılıb və tam baxımı olunub. Sürətlər qutusunun beyni orijinalı ilə əvəz olunub. Sürətlər qutusunun yağı və filtri də 445.000 km-də dəyişdirilib.
Mühərrik yastıqlarının (paduşkalarının) hamısı yenisi ilə, orijinal detallar istifadə olunaraq əvəz edilib. Asqı sistemində də lazımi hissələr yenilənib.
Maşının heç bir problemi və aşıqpası yoxdur. İstənilən yerdə yoxlatdıra bilərsiniz.
Yanacağa çox qənaətcildir. Trasda sürməkdən asılı olaraq 5–6 litr, şəhərdə isə 8–9 litr yanacaq sərf edir.
Maşını satmaq üçün yox, il yarım əvvəl özüm üçün A-dan Z-yə yığdırmışam. Hər şeyi özümə görə etmişəm, salonda da çox səliqəli saxlanılıb. Sadəcə yüngül polirovkaya ehtiyacı var. Vuruğu və udarı yoxdur.
Yürüşü problem edənlər üçün qeyd edim ki, mühərrik orijinal detallar ilə sıfırdan yığılıb, maşına ciddi xərc çəkilib. Əsas məqsədim özüm üçün saz və etibarlı maşın hazırlamaq olub.
Qiymət maşının yanında danışılacaq.