Roket satılır.
Lamborghini Urusu kölgədə qoyan maşın.
Tam 787 at gücü hasil edir və 0-dan 100 km/s sürətlənməni cəmi 3.4 saniyəyə həyata keçirir. Yüksək performanslı asqı sistemi sayəsində istənilən yolda inanılmaz dərəcədə yumşaq gediş, tam səssiz salon və kəskin manevrlərdə mükəmməl sabitlik təmin edir. 900V arxitekturası vasitəsilə ultra sürətli şarjı dəstəkləyir. Avtomobil ideal vəziyyətdədir, sadəcə arxa buferində cüzi rəng işi görülüb. Üzərində rəsmi olaraq 2 il və ya 50,000 km zəmanəti qalmaqdadır. Heç bir əlavə xərc tələb etmir, tam oturub sürməli maşındır. Ciddi şəxslərin əlaqə saxlaması xahiş olunur.