Hyundai Elantra 2021 | 1.6L | Full Komplektasiya
Avtomobil rəsmi dilerdən alınıb və ən yüksək komplektasiyaya malikdir. Daha əvvəl yalnız 1 sahibi olub.
Avtomobil ideal texniki vəziyyətdədir. Mühərrik, sürətlər qutusu, asqı və elektron sistemlərində heç bir nasazlıq və ya problem yoxdur. Heç bir əlavə xərc tələb etmir.
Şəhər içi istifadə üçün olduqca qənaətcil və komfortlu avtomobildir. Yanacaq sərfiyyatı 100 km-ə təxminən 6–7 litr təşkil edir.
Komplektasiya və üstünlüklər:
* Start/Stop (düymə ilə işəsalma)
* Açarsız giriş
* Böyük sensorlu multimedia ekranı
* Apple CarPlay
* Arxa görüntü kamerası
* Elektriklə qatlanan yan güzgülər
* Ön oturacaqların isidilməsi
* Lyuk
* 360° park radar sistemi
* Kruiz kontrol
Texniki qulluq:
* Təkərlər yenidir.
* Bütün zəruri sərfiyyat materialları (rasxodniklər) dəyişdirilib.
* Mühərrik yağı yeni dəyişdirilib.
* Sürətlər qutusunun yağı 90 000 km-da dəyişdirilib.
Avtomobil tam baxımlıdır, alan şəxs heç bir əlavə xərc çəkmədən birbaşa istifadə edə bilər.
Avtomobilin şəxsi sahibiyəm, alverçi deyiləm.
Xahiş olunur, yalnız real və ciddi alıcılar əlaqə saxlasın. Alverçilər narahat etməsin.
Ciddi alıcı ilə avtomobilin yanında qiymətdə razılaşmaq mümkündür.