Maşın artıq 1.5 ildir ki, bizdədir. Gündəlik sürülən maşındır. Razdatkası məndən əvvəlki sahibi tərəfindən çıxarılıb, ön çəkəndir. Korobkanın poduşkası dəyişilməlidir, sürənin öz istəyinə bağlıdır, dəyişilməyə də bilər. Kondisioner bütün yay boyu işləyib, salonu buz kimi edir. Qabaq podprestdə aşağı tərəfdə çat var (şəkli böyüdəndə görmək olur), çat dayanıb, yuxarıya doğru getmir. Monitor, arxa kamera və videoregistrator quraşdırılıb.