Avtomobil haqqında məlumat:
Ümumi vəziyyəti: Təmiz və səliqəli ailə maşınıdır. Məndən əvvəl cəmi bir sahibi olub.
Texniki vəziyyəti: Avtomobil texniki cəhətdən tam ideal vəziyyətdədir. Mühərrik, sürətlər qutusu və digər hərəkət hissələrində heç bir problem yoxdur, əlavə xərc tələb etmir.
Təchizat və əlavələr:
Avtomobilə yeni monitor quraşdırılıb.
Arxa parkinq kamerası birbaşa həmin monitora inteqrasiya olunub.
Həm ön, həm də arxa tərəfi davamlı qeydə alan videoregistrator mövcuddur.
Bir il qabaq "Pirelli" şinləri ilə təchiz olunub.
Qeyd: Avtomobilin yalnız buferlərində cüzi kosmetik işlərə ehtiyacı var (şəkillərdə aydın göstərilib).
Maşının yanında baxıldıqdan sonra real alıcı ilə qiymətdə razılaşmaq mümkündür.
İstənilən yerdə yoxlatdıra bilərsiniz.