Avtomobil əla vəziyyətdədir. Heç bir zədəsi və ya texniki problemi yoxdur. Çox səliqəli və diqqətlə istifadə olunub. Avtomobil yalnız qaraj şəraitində saxlanılıb. Bütün texniki qulluq işləri vaxtında həyata keçirilib, yağlar, filtrlər və digər sərfiyyat materialları vaxtında dəyişdirilib.
Avtomobilə əlavə olaraq bir sıra keyfiyyətli aksesuarlar və xüsusi dizayn elementləri quraşdırılıb:
Disklər: Li Auto üçün xüsusi hazırlanmış, fərqli dizayna malik premium disklər.
YOFER Body Kit: Li Auto üçün nəzərdə tutulmuş, kuzovun rənginə tam uyğunlaşdırılmış YOFER obves.
Radiator barmaqlığı: Əlavə qoruyucu tor quraşdırılıb.
Black Edition: Bütün xrom və metal rəngli eksteryer detalları qara vinil örtüklə işlənib.
Baqaj aksesuarı: Baqaj üçün xüsusi orqanayzer çanta.
Ayaqaltılar: Avtomobilə uyğun xüsusi, yüksək keyfiyyətli rezin ayaqaltılar.
Bütün əlavələr avtomobilin xarici görünüşünə daha premium və fərqli görünüş verir.
Təcili satılır. Real alıcı ilə qiymətdə razılaşmaq mümkündür.
P.S. Avtomobilin bir diskində və sükanında kiçik cızıqlar var. Hər ikisinin şəkli ayrıca çəkilib və elana əlavə olunub.