Salam. Maşın ideal vəziyyətdədir, heç bir problemi yoxdur. Maşın restavrasiya olunub, 3 aydır məndədir. 0-dan bütün problemləri aradan qaldırılıb.
Motor yağı təzə dəyişdirilib. JBL səs sistemi çox əladır, heç bir cırıltısı yoxdur. Bütün funksiyaları işlək vəziyyətdədir. Qabaq 2 ədəd amortizatoru təzə alıb qoymuşam. EGR sistemi yuyulub, təmizlənib. Karobka yağı dəyişdirilib. Qabaq çubuqlar və rezinlərin hamısı dəyişdirilib. Udardan, vuruqdan söhbət gedə bilməz. Maşının duruşu öz yerindədir.
Maşını satmaq fikri ilə almamışam, pul lazım olduğu üçün satıram. Satmağa tələsmirəm, real alıcılar narahat etsin.
Sadalanan işlərin hamısı son 1 ay ərzində görülüb, maşını ustadan yeni çıxarmışam. Qabaq təkərlər təzədir, arxaya isə 2 ədəd işlənmiş Continental təkər qoymuşam. İdeal vəziyyətdədir.
Bir sözlə, özünə sağlam, problemsiz, 30 kuzalı maşın istəyənlər buyurub baxa bilər. Qiymətdə real alıcı ilə cüzi endirim olacaq.
ABS, batareya sistemi də əladır, hamısı təzədir. İstənilən ustada yoxlatdıra bilərsiniz. Xadavoy sistemi 0-dan yığılıb. Yanacağa da çox qənaətcildir. Maşının çəkməyinə söz ola bilməz!