Maşının ilini nəzərə alın və ili yeni maşınlara aid suallar verməyin və yazılanı diqqətlə oxuyun. Maşın taksidə sürülməyib. Ailə maşınıdır. Həqiqətən pula ehtiyac olduğu üçün satılır. Maşının texniki baxışı, sığortası yeni olunub. Sürətlər qutusunun yağı yeni dəyişdirilib. Maşının asqı sistemi yeni yığılıb. Mühərrikin yağı yeni dəyişdirilib və mühərrik yağ yemir. Mühərrik nömrəsizdir və sənədində qeyd olunub. Maşın öz adımadır. Maşının xadavoyunda heç bir problem yoxdur. Peçi və kondinsioneri çox gözəl işləyir. Maşında çürükdən söhbət gedə bilməz. Maşında dəmirçi işi və kraska yeni olunub. Kraskası-sağ aşağı karniz yüngül sürtülüb deyə çox cüzi kosmetik işi var. Bir sözlə maşına uzun müddət pul qoymağa ehtiyac yoxdur. Özünə yaxşı maşın axtaranlar buyura bilər. Xahiş edirəm alverçilər narahat etməsin. Maşına baxdıqdan sonra endirim edərəm, amma fantasdiq yox. Allah alana da satana da xeyir versin. Maşına Pirallahı tərəfdə baxmaq olar.