Salam. Maşının vuruğu yoxdur, Bez-Detaldır. Yalnız qaraj şəraitinda saxlanılıb, 3-cü maşın kimi istifadə olunub. Ən full komplektasiyadır. Yalnız Aİ-95 benzinlə sürülüb, Aİ-92-ə də uyğundur. Şəhər içi 6-7 litr benzin sərfiyyatı var. Maşının salonunda, həmçinin baqajında döşəməyə 600 AZN dəyərində 7D kovrolit çəkilib. Salon qoruyucu plyonka ilə üzlənib (Qapılar və ayaq dəyən yerlər). Yalnız premium avto-yumalarda premium xidmət göstərilib. Maşın Tam Kasko siğortadır. Yalnız rəsmi servisdə reqlamentə uyğun xidmət göstərilib. Qəti şəkildə heç bir xərc tələb etmir. Bu rəngdən respublikada 2 ədəddir Satma səbəbim elektro-mobilə keçid etməkdir. Maşının bəzi özəllikləri:
• 360 dərəcə kamera
• Oturacaqların isidilməsi və soyudulması
• Avto-Parking
• Rul isidicisi
• Zolaq tanıma, Zolaqdan çıxma xəbərdarlığı, Yol nişanlarının tanınması, Avtomatik rul döndərmə (Auto-Drive)
• Avtomatik Tormozlanma
• Maneəyə qarşı xəbərdarlıq sistemi
• Havanın ionlaşdırılması
• 2 zonalı klimat sistem
• Avtomatik açılan və bağlanan baqaj
• Memory paket
• 64 rəngdə dəyişən zavod ambiance light
• Əla vəziyyətdə MICHELIN təkərlər
Saymadığm özəllikləri də çoxdur. Maşının vəziyyətini və ətraflı özəlliklərini baxan adam görəcək. Əlavə sualınız olarsa saat 00:00-a kimi zəng edə bilərsiniz. Real alıcı olarsa, qiymətdə cüzi endirim mümkündür. Maşını istənilən servisdə yoxlada bilərsiniz.