Zavod e87 123d, mühərrik biturbodizel. İlinə və yürüşünə görə çox yaxşı qalıb, həm içi, həm texniki baxımından. Dizel olduğuna görə (benzinə nisbətən iri və möhkəm porşenlər, daha aşağı mühərrik temperaturu, aşağı maksimal dövrlər) bu yürüşdə tam canlıdır.
280 at gücü, 0-100 6 saniyə, 100-200 16 saniyə gedir. Stok yeni nəsil Hyundai Elantra N ilə bərabər gedir.
Modelə zavoddan e90 3.0 dizel matorun karobkası və maxoviki gedir, 3,0 m57 stage 2 saxlaya biləcək qurğulardır. Əyləc sistemi həmçinin zavoddan e90 330i/d ilə eynidir. Beləliklə avtomobilin transmissiyası və əyləc sistemi artıqlaması ilə verilib və adi 118-120d və 320d daha üstündür.
Bərk sürüşdə yanacaq sərfiyatı 10 litir dizel təşkil edir, adi sürüşdə 7 litirdir. Avtomobilin xadavoyu e90 ilə eynidir, lakın özü daha yüngüldür və nəticədə daha yaxşı idarə olunur, yüksək sürətdə istədiyi döngəyə girə bilir. Drayv baxımından M modelləri çıxmaq şərti ilə birinci gedir.
Avtomobil zavoddan sport sükan, sport oturacaqları, sport güzgüləri, velyur ayaqaltıları, kruiz kontrol, CİC monitor, arxa-qabaq parktronikləri, ksenon faraları, işıq sensoru ilə təchiz olunub.