Şəxsi istifadəmdə olan baxımlı Mercedes E220 CDI (W211) Avantgarde modeli satılır. Avtomobilə yalnız orijinal ehtiyat hissələri ilə vaxtında qulluq olunub.
• Kuzov və Salon: Vuruq, udar və ya dəyişən detal qətiyyən yoxdur! Kosmetikası idealdır, salonu çox səliqəlidir. Sürücü oturacağının Memory paketi mövcuddur.
• Texniki vəziyyət: Ən dözümlü 646 mator — yağ yemə qətiyyən yoxdur. Mator, karobka və turbo sistemi tam qaydasındadır.
• Yenilənənlər: Peredok yeni yığılıb, təzə akkumulyator qoyulub, bütün rasxodniklər yenilənib.
• Yürüş: Orijinal probegdir (geri çəkilməyib).
Nömrə avtomobilin üzərində verilir.Hal-hazırda heç bir xərc tələb etmir, tam otur-sür maşındır. İstənilən ustada yoxlatdıra bilərsiniz. Real alıcı ilə maşının yanında razılaşmaq olar. Ciddi şəxslər əlaqə saxlasın (WhatsApp aktivdir).Xahiş olunur əlimyandı ilə müqayisə olunmasın.