Kia Forte minik avtomobili,
İstehsal ili - 2015, yürüş 113487 ml.
1.8 sadə doch mühərrik, 6 pilləli sadə sürətlər qutusu, mühərrik və sürətlər qutusunun yağı və filterləri, yanacaq filteri (orijinal), hava filteri, kondensioner filteri, mühərrik və sürətlər qutusunun yastıqları, mühərrikin kipkəcləri, 4 ədəd alışdırma şamları və bobinləri , soyuducu mayesi (antifrizi) və radiatoru 1 ay öncə yenilənib, avtomobilin zavod istehsalı katalizatoru (toru ilə birlikdə) üzərindədir. Kondensioner və salonun isitmə sistemi əla vəziyyətdə işləyir. Təkərləri 2 ay öncə alınb yenidir. Yanacaq püskürdücüləri xüsusi stenddə yoxlanılıb (əla vəziyyətdədir) və s. bu kimi lazımi xidmətlər göstərilib. Avtomobilə bahalı monitor və hərəkət istiqamətində dönən arxa gediş kamerası quraşdırılıb. Avtomobildə təkərlərin sürüşməsinə nəzarət systemi (Traction system) və ECO rejim mövcuddur.