Mercedes E 300 e, 11/2022, Plug-in Hybrid, 4MATIC, Eksklüziv Komplektasiya, bazarda Tək!
Şəxsi istifadədə olmuş, daim qaraj şəraitində saxlanılmış və yalnız Mercedes-Benz rəsmi servisində qulluq görmüş avtomobilim satılır. Şəhərdə bu komplektasiya və bu səviyyədə tək-tük E-klasslardandır. Tam xərcsiz və ideal vəziyyətdədir.
Buraxılış ili və ay: 11 / 2022
Avtomobilin heç bir texniki və elektron xərci yoxdur otur sür vəziyyətdədir. Vuruğu, dəyişən detalı qətiyyən yoxdur. Ümumilikdə avtomobil PPF qoruyucu plyonka ilə üzlənərək xaricdən tam qorunub saxlanılıb.
Yanacaq Sərfiyyatı və Qənaət: Şəhər içi yanacaq sərfiyyatı cəmi 4.5 - 5 litr təşkil edir (elektrik rejimindən istifadə etdikdə isə şəhər içində 0 litrdir).
Mühərrikin yağı və filtri yeni dəyişdirilib.
Üzərinə tamamilə yeni Michelin təkərlər qoyulub.
Üstündə orijinal adapter verilir.
Eksklüziv Komplektasiya və İnteryer: Xüsusi sifarişlə yığılmış seriyaya aiddir. Salonu eksklüziv təbii taxta işləmələri ilə bəzədilib, premium Burmester səs sistemi və lyuk mövcuddur.
Dinamika və Sürüş Rejimləri:
Avtomobil 0-100 km/s sürətlənməni cəmi 5.6 saniyəyə yığır.
6 müxtəlif sürüş rejimi mövcuddur:
Sport,
Eksklüziv,
Eco,
Comfort,
Battery Level,
Electric.
4MATIC (Tam Ötürücü Sistemi): Qış və sərt hava şəraitində yolda mükəmməl sabitlik təmin edir.
Tam Komplektasiya Siyahısı:
Kor zona və Distronic (məsafə saxlama)
Xətt / zolaq tutma tanıma və zolaq dəyişmə
Avto tormuz və avtohold funksiyası
Yol nişanlarını tanıma, xəritə sistemi və G-force göstəricisi
Multibeam LED (active) faralar
360° dərəcə ətraf görünüş kamerası və Parktronic
4 zona klimat kontrol və arxa climate kontrol
Ön oturacaqların isidilməsi və soyudulması, arxa oturacaqların isidilməsi
Memory paket (yaddaş paketi)
Multimediyanın həm konsoldan, həm də ekrandan touch (toxunmatik) idarə olunması
Active voice control və Ambient intelligence light sistem (çoxrəngli ambiyans işıqlandırma)
Avtomobil istənilən servisdə yoxlatdırıla bilər. Real alıcı ilə maşının yanında qiymətdə razılaşmaq olar. Fikri ciddi olan şəxslər əlaqə saxlasın.