BMW 2023 | Plug-in Hybrid | M-Tech Paket
2023-cü il BMW Plug-in Hybrid satılır.
Avtomobil qara rəngdədir, M disklərlə təchiz olunub və M-Tech paketə yığılıb.
Maşın Amerikadan gətirilib. Heç bir detalına boya dəyməyib.
Avtomobilin zərbə sensoru işə düşdüyü üçün yan təhlükəsizlik yastıqları açılıb. Bütün açılmış təhlükəsizlik yastıqları orijinal yastıqlarla əvəz olunub.
Avtomobilin vəziyyəti ilə bağlı heç nə gizlədilmir. İstənilən servisdə və ya ustada yoxlatdıra bilərsiniz.
Real alıcılarla qiymətdə razılaşmaq mümkündür.
Barter yalnız daha ucuz avtomobillə və ya mənim tərəfimdən əlavə ödəniş edilməklə Bakı şəhərində evlə mümkündür.