Mercedes-Benz E 240
İl: 2000 (Restaylinq)
Komplektasiya: Elegance
Avtomobil ideal vəziyyətdədir, şəxsi istifadədə olub və vaxtlı-vaxtında yüksək səviyyədə qulluq göstərilib. Heç bir əlavə xərc tələb etmir.
Mühərrik və sürətlər qutusu əla vəziyyətdədir, heç bir gecikmə və ya kənar səs yoxdur. Mühərrikə və sürətlər qutusuna vaxtında yalnız bahalı və keyfiyyətli yağlar tökülüb.
Asqı sistemi tamamilə yığılıb, bütün rezinlər yenisi ilə əvəz olunub.
Kuzov: Udarı qətiyyən olmayıb. W210 modelləri üçün ən vacib məqam olan pas və çürük bu avtomobildə ümumiyyətlə yoxdur. Kosmetikaya ehtiyac yoxdur, kraskası və görünüşü çox səliqəlidir.
Səliqəli qara dəri salon
Lyuk
Android monitor və keyfiyyətli səs sistemi
İki zonalı klimat-kontrol və kondisioner (buz kimi vurur)
Oturacaqların isidilməsi
Real alıcı ilə avtomobilin yanında qiymətdə razılaşmaq olar. Xahiş olunur yalnız ciddi şəxslər narahat etsin. Saat 22:00 dan sonra narahat etməyin.