Salam. Avtomobil "Performance Center"dən alınıb, orijinal yürüşdədir. Az sürülüb, vuruğu, udarı, cızığı və sürtüyü yoxdur, əla vəziyyətdədir. Ürəyiniz istəyən yerdə yoxlatdıra bilərsiniz.
Bu günə qədər yalnız servisdə qulluq olunub.
Təchizat və əlavə funksiyalar:
Park radarı
Arxa görüntü kamerası
İşıq sensoru
Yağış sensoru
Avtomobildə bu günə kimi görülmüş işlər:
Mator yağı dəyişilib
Karobka yağı dəyişilib
Benzin nasosunun filtri yenilənib
Matorun kəməri (remeni) dəyişilib
Yağ soyuducusunun araqatkaları (praklatkaları) yenilənib
Əyləc mayesi dəyişilib
Antifriz yenilənib
Şamlar (sveçalar) yenilənib
Babin (alışdırma bobini) yenilənib
Zaslonka və farsunka yuyulub
Akkumulyator yenilənib
Təkərlər qarantiya ilə orijinal Bridgestone Turanza All Season 6 (4 fəsil) ilə yenilənib.
Razval və balans olunub.