Maşın məndə 2016-cı ildəndir, mən alanda probeqi 90 min aralığında idi.
Təkərləri 1-2 il öncə dəyişilib ancaq çox az sürülübdür.
Ümumiyyətlə maşın az sürülübdür, görüşəndə probeqlərin şəkilləri telefonumda var yəni bugün 148 mindirsə, 24 Aprel 2023-də 137 min idi.
Əsasən uzaq yollara sürülübdür, şəhər içi demək olar ki, sürülməyib.
Qəti nə udar nə də vuruğu var, kosmetik işləri görülməlidir. Bir də üstündə gələn katalizator, maşın çox yatır deyə oğurlanmışdı, özüm 2 ay sonra xəbər tutmuşdum, dəyişdirib Türkiyə istehsalı qoyulubdur.