Avtomobil zavod istehsalı orijinal sərnişindir (WV2 seriyası), sonradan yığılma ("peredelka") yük maşınları ilə müqayisə etməyin. Almaniya bazarı üçün buraxılmış ən dolu ("Full") komplektasiyadır. Maşının vuruğu yoxdur.
Əsas göstəricilər və təchizat:
• Mühərrik və sürətlər qutusu: Dözümlü 1.9 TDI dizel mühərrik və 6 pilləli yağlı DSG avtomat karobka. Mühərrik, turbin və karobka ideal vəziyyətdədir, texniki olaraq heç bir xərc tələb etmir.
• Təkərlər: 4 ədəd təp-təzə təkər (cəmi 2–3 gündür alınıb) və orijinal yüngül lehimli disklər.
• Salon: Zavod 7 yerlik dəri salon (üzərinə səliqəli çexol çəkilib).
• Komfort: Ön oturacaqların və yan güzgülərin qızdırıcısı, multirul, kondisioner, mərkəzi dirsəkaltı, tavan rəfləri.
• Kuzov: Yuxarı açılan bütöv baqaj qapısı ("xlapuşka"), zavod sürüşən yan şüşə ("fortoçka"), arxa park radarı, xrom (nikel) detallar və dam reylinqləri. İlinə uyğun olaraq kuzovda yüngül batıq və cızıqlar var.
Yürüş orijinaldır (388 000 km).
Maşın tam saz vəziyyətdədir, baxmaq istəyən ustası ilə gələ bilər. Real alıcıya maşının yanında endirim olunacaq.