???? Kia Sorento | 2018 | 2.0 Dizel | Noblesse Special
Avtomobil Koreyanın Encar avtomobil bazarından alınıb. 2018-ci ilin aprel ayı buraxılışıdır. 2.0 dizel mühərrik, ön ötürücü (2WD), Noblesse Special komplektasiyadır.
Maşın tam ideal vəziyyətdədir. Heç bir detalında rənglənmə yoxdur. Yürüşü tam orijinaldır, geri çəkilməyib. Avtomobil alındığı gündən qaraj şəraitində saxlanılıb. Maşının alt hissəsi də üstü kimi təmiz və səliqəlidir. Alt hissəsində çürük və pas yoxdur.
Salonun səliqəsini və orijinallığını qorumaq məqsədilə alındığı gündən etibarən ön panelə, oturacaqlara, sükan üzərinə, qapı üzlüklərinə, ayaqaltılara və digər hissələrə qoruyucu üzlüklər çəkilib.
Zəngin Noblesse Special komplektasiyası:
✅ 7 yerlik salon
✅ Keyless Go – açarsız giriş və işə salma
✅ JBL premium səs sistemi
✅ Yaddaşlı sürücü oturacağı
✅ 360° ətraf görüntü kamerası
✅ Kor zona xəbərdarlıq sistemi
✅ Ön və arxa park radarları
✅ Sürətə həssas elektrik sükan sistemi (yüksək sürətdə sükanın sərtləşməsi)
✅ Sürətə uyğun avtomatik səs tənzimləmə sistemi
✅ Android Auto və Apple CarPlay
✅ Sükanaltı sürət dəyişdiriciləri (Paddle Shift)
✅ İki zonalı avtomatik klimat-kontrol
✅ Sükanın isidilməsi
✅ Ön oturacaqların isidilməsi və ventilyasiyası
✅ Arxa oturacaqların isidilməsi
✅ Zavod istehsalı arxa pəncərə pərdələri
Əlavə məlumat:
Maşının hazırda heç bir texniki və ya digər xərci yoxdur. Otur və sür vəziyyətindədir. Avtomobilə daim diqqətlə qulluq olunub.
Ciddi alıcılar əlaqə saxlaya bilər.