salam. zəhmət olmasa, mətni sona qədər oxuyun. Maşın baxımlı maşındır. İkinci avtomobil kimi istifadə olunur. demək olar ki, sürülmür. Sükan sağdan sola keçmə deyil. (perekitka deyil) orijinal soldadır. Sadə mühərrikdir öz nəslinin digər avtomobilləri ilə müqaisədə yanacaq sərfiyyatı da aşağıdır. (100 km 8 , 9 L) ötürücü tamdır və işlək vəziyyətdədir. kondisioneri bu yay qazla doldurulub çox gözəl soyudur. Rem komplekt (remenlər) yeni dəyişdirilib orijinalı ilə. Maşının heç bir mexanizmində saxta çin malı istifadə olunmayıb. Audio sistem dəyişdirilib və əlavə monitor quraşdırılıb. Həm arxa görüntü kamerası, həm də park radar mövcuddur və işlək vəziyyətdədir. Tiptronik və avtopilotu var. Avtomobil Qəbələdə sürülüb. Demək olar ki, torpaq və ya daşlıq yolda sürülməyib. Buna özünüz də şahid olacaqsınız. Bütün nəzərdə tutulan mexanizmləri işlək vəziyyətdədir. Qəza keçirməyib dəyən və ya dəyişilən detalı yoxdur. Ön və arxa buferlərinə rəng dəyib. istənilən yerdə yoxlada və ya diaqnostika etdirə bilərsiniz. Texpasport birbaşa öz adımadır. Maşın şəkillərdə göründüyündən də yaxşı vəziyyətdədir. Salonu çox səliqəlidir. iki hava yasdığı var. Şüşələr və güzgülər düymə ilə hərəkət etdirilir.Təzədən seçilmir. Ağır yük belə vurulmayıb. Əlavə suallarınızı zəng edərək verə bilərsiniz. Telefonda qiymət söhbəti eləməyə çalışmayın, real alıcılara maşına baxdıqdan sonra son qiymətini deyərəm.