Yanacaq sərfiyyatı baxımından ən sərfəli avtomobillərdəndir. Trasda 100 km = 2.5 - 3 lt, şəhər içi 100 km = 4-5 lt dizel sərf edir. Avtomobil içi geniş, hündür, rahatdır, yük yeridə çox böyükdür. Arxa oturacaqlar qatlandığı zaman çox böyük yük götürmə həcmi yaranır. Həm ailə avtomobili kimi, həmdə iş avtomobili kimi istifadə oluna bilər. Avtomobil gündəlik işə - evə gedib gəlmək üçün istifadə olunur, işlək vəziyyətdədir.