Maşın 2017- ci ildən məndədir. Hər il Toyota rəsmi servisdə yoxlanışdan keçib, mühərrik yağından( yağ filteri və hava filteri) başqa heç bir hissəsi dəyişilməyib. Mən öz ailəm üçün almışdım və rahatlığı( böyük və geniş olması, səssiz çalışması) və benzinə qənaətliyilə ( 10 l şəhər içi, 8 l magistralda. Əlbəttə ki sürməkdən də çox şey asılıdır). Onu da qeyd edim ki nə mən özüm alverçi deyiləm nə də ki bu maşın 2017-ci ildə alverçidən alınmayıb. Özüm isə bir müddət Bakıda çalışdıqdan sonra İtaliyaya magistr təhsili almağa yollanıram və o səbəbdən maşın satılır. Əlavə çaşqınlıq və sual yaranmasın habelə özüm də məşğul şəxs olub narahat edilmək istəmədiyim üçün maşınla bağlı bütün təcrübəmi paylaşdım.
Əgər maraqlanan ciddi şəkildə alıcı olmağı ilə bağlı qəti təəssürat yaratmağı bacarsa qiyməti ikinci dəfə düşünmək olar . Vaxt ayırıb oxuduğunuz üçün təşəkkür edirəm.
Əlavə qeyd. Maşın mənimdir və öz adıma qeydiyyatdan keçib. Əgər daha ucuz qiymətə bu maşının başqa elanlarını görsəniz fırıldaqçılar qarşı tədbirli olun. Maşın Qara Qarayev metrosu yaxınlığında, qarajda saxlanılır.