Maşın ideal vəziyyətdədir. Yağı, filterləri vaxtlı-vaxtında dəyişilib.
Təkərlər bir həftənin təkərləridir.
Maşın öz adımadır. Ancaq işə-evə sürülüb, taksidə istifadə olunmayıb. 6 ildir məndədir.
Vuruğu, əziyi qəti olmayıb.
Kimyəvi təmizləmədən yeni çıxıb. Maşının salonu tər-təmizdir.
Maşının hər bir detalı zavoddur, "bezdetal"dır.
Multirul və oturacaqların elektron idarə olunması, bir sözlə, elektron olan hər şey işlək vəziyyətdədir.
Motor, most və koropka ideal vəziyyətdədir.
Yürüş göstəricisi orijinaldır.
Rəngi şəkillərdə görünəndən daha parlaq və daha tünd-göydür.
Real alıcılara maşına baxıldıqdan sonra qiymətdə endirim ola bilər.