KIA SORENTO 2005-ci il, 2.5 lt Dizel. Maşını 2012-ci ildə Almaniyadan özüm gətirmişəm, bugünə kimi özüm istifadə edirəm. Almanayidan gətirəndə yürüş 84000 km olub, hal-hazırda – 255000 km-dir. Bugünədək heç bir yol hadisəsi olmayıb. Gündəlik ev-iş-ev istifadə olunub. Hər zaman yaxşı qulluq olunub, dizel filteri hər 2-ci yağdəyişmədə (13000-14000 km) dəyişdirilib, forsunkalar 2-3 ildə bir dəfə yudurdulub (sonuncu dəfə keçən il). Motor və korobka əla vəziyyətdədir, yağı ümumiyyətlə azalmır. Təkərləri yaxşıdır (keçən il alınıb, əlavə 2 il gedəcək) . Çox rahat və ekonom maşındır. 100 km şəhər içi 11 lt, rayonlar arası 8 lt dizel işlədir. Klimat kondisoneri əla soyudur. Yan güzgülər düymə ilə qatlanır, ön faraların avtoyuyucusu, arxa kamerası, touch screen monitor, oturacaqların isidilməsi və elektron təhzimlənməsi mövcuddur. Texniki baxış və sığorta keçən ay yenilənib.