Təkərləri yaxşı vəziyyətdə, maşının stoykası əladır, udar görmüyüb. Kondisioneri buz kimi vurur, qaz buraxmır. İlk maşın olub deyə maşına normalni baxmışam. Ümumilikdə maşına 3.500 pul qoymuşam il yarımda. 300man rul və oturacaqların çuxoluna vermişəm. Karopka zbor dəyişmişəm gecikməsi, vurması yoxdur. Qazan, qluşitel sistemini zbor dəyişmişəm. Hər bir detalı orginal mallarla əvəzləmişəm. İşə evə sürürəm, maşının getməyinə söz yoxdur. Hal - hazırda matorunda səs var yoxlatdırdım stakançiklərin səsidir dedilər boş şeydi əl vurmadım çünki maşını alanda matoru təzə qoyulmuşdu almaniyadan gələn matordur. Alan adam kosmetikasına pul qoyacaq bir də istəsə stakançikləri dəyişdirər. Başqa problemi yoxdur, duruşu var maşının göz qabağındadır.