Vuruğu yoxdur, rənglənməyib
2021-ci ilin 4-cü ayı almaniyadan gətirmişəm. 2-ci sahibiyəm. Azərbaycanda bu seriyada tək maşındır. 1.4 motor dizel və mexanika ilə qarışdırmayın. Ailə maşınıdır. Səliqəli idarə olunur və bütün xidmətləri servicdə görülür. Dəyişilməli və xərc tələb edən detalı yoxdur. Oturacaqlar 350 manatlıq üzlüklə təchiz olunub. Yay və qış təkərləri var. Akumilyatoru təzədir. Pult ilə güzgülər bağlanır. Salon güzgü kameralıdır və əlavə olaraq hd videoqeydiyyat var. Salonda siqaret çəkilməyib. Servicdə yoxlada bilərsiz. Əgər xərc tələb olunarsa biz tərəfdən qarşılanacaq. Boş adamlar və maklerlər narahat etməsin. Maşına Bakı ərazisində baxmaq olar. Qiymət bazarlığı maşına baxdıqdan sonra inşallah olar.