Maşın 2015-ci ildə Mazda Servisdən alınıb, mən 2020-ci ildə almışam, ikinci sahibiyəm, istifadə etdiyim müddətdə bütün baxım işləri rəsmi servisdə həyata keçirilib, servis tarixçəsi mövcuddur, original detallar qoyulmuşdur, qəzanın qarşısını alma sistemi, toqquşma xəbərdarlığı, sport rejimi, i-stop, avto pilot, arxa kamerası var, faralar avtomatik tənzimlənir, maşında cızıqlar olduğu üçün rənglənmə işləri olmuşdur, tam kasko sığortası vardır. Sadə karopkadır, tiptronikdir. İstənilən yerdə yoxlatdırmaq olar. Komfortlu maşındır. Real alıcıya endirim olacaq.