Akkord çox əla maşındır. Honda sürənlər bilir. Həm salonu geniş rahat, həm dözümlü, idarəetmə manevr xüsusiyyətləri yüksək.
Maşının ikinci sahibi mənəm. 6 ildir məndədir. Ayrılmaq çətindir. Bu müddətdə heç bir kaprizi , narahatçılığı olmayıb.
Əsas vaxtı vaxtında keyfiyyətli yağla yağını dəyişib qulluğunu etmək lazımdır. Etibar etdiyim servislərdə baxılıb.
2.4 motor olsa da benzin sərfiyyatı kifayət qədər yaxşıdır. Həm ailə , həm iş üçün uyğun maşındır.