Avtomobil servisdir. Şəxsi gündəlik sürülən avtomobilim olub və bugünkü gündə heç bir problemi yoxdur. Təhsilim ilə əlaqəli Türkiyəyə getdiyim üçün satıram. Avtomobilin bütün qulluqları sıfırdan bugünə Kia servis Gənclik filialında aparılıb və sistemə qeyd edilib. Ən kiçik baxımına qədər zamanında servisə aparılıb və periodik baxımlar da daxil olmaqla edilib. Bütün edilmiş baxımlar servis kitabçasına və həmçinin kia servisin bazasına qeyd olunub. Full salondur və 2014 yenilənmiş (restyling) kuzadır. 1.4 sadə mühərrikdir Aİ92 yanacağı ilə çox rahat işləyir. Avtomobildə mövcuddur :
- Start / Stop
- Yan güzgülərin avtomatik açılıb / bağlanması
- Yan güzgülərdə Led işıqlar
- Arxa görüntü kamerası
- Arxa park radarı
- Qapı qulplarının üzərindəki düymə ilə açarsız daxil olma
- İri ölçülü, parıltılı disklər
- Tam və ya yuxarı açıla bilən lyuk
- Dəri salon
- Multi sükan
- Ön fara və arxa stoplarda Led gündüz işıqları
- Android Monitor ( öz zavod radio panelini də üzərində verəcəm )
- Klimat kontrol və info screen
- Makiyaj aynalarında işıq
- Spidometrdə yerləşən və avtomobil haqqında bütün məlumatları əks etdirən elektron pəncərə
Əsas olaraq onu qeyd edim ki Təkərləri yenidir, Sürət qutusunun yağı və digər bütün mayelər vaxtı vaxtında dəyişilib. Avtomobili sevərək idarə etmişəm,buna görə də qeyd etdiyim kimi bütün xərcləri də qarşılanıb zamanında. Buna görə də alverçilər qiymətlə bağlı narahat etməsin. Ciddi alıcılar avtomobilə baxdıqdan sonra qiymətdə danışıb kiçik endirim etmək olar.