Avtomobil tam ideal vəziyyətdədir. Bütün xərcləri vaxtında ödənilir. 1 manat belə olsun xərci yoxdur. Bu avtomobili 3 ildən çoxdur istifadə edirəm. Avropadan gələn modeldir. Ölkədə ilk sahibiyəm. Olduqca rahat və qənaətcildir. Full komplektasiyadır, oturacağın yaddaş paketi də var. Ön və arxa radarlar mövcuddur. Əksər modellərdən fərqli olaraq avtomatik sürətlər qutusudur. 100 kilometrə 5.6-6.0 litr yanacaq sərf edir. Şəhər içi tıxaclarda kondisionerlə 8-10 litr sərf edir. Alverçi deyiləm, öz avtomobilimdir, qiymətdə cüzi endirim edə bilərəm.