Zəhmət olmazsa məlumatları diqqətlə oxuyun.
Qaz 31105 modelidir (Arxa dviqatel), (Texniki passport və digər sənədlər qaydasındadır, texniki baxış və sığorta xərcləri nəzərə alına bilər danışıqdan asılı olaraq)
Motor ZMZ, enerji paylayıcı sistemi injektordur. Sükan hidravlikdir. Motor və xodavoy sistemi idealdır. Motor açılmayıb və zavod plombu üstündədir. Lakin, kosmetik işlərinə diqqət yetirilməyib və üzərində günəş yanıqları var. Vuruq və udarı qətiyyən olmayıb.
Maşın 2013-cü ildən indiyə qədər eyni şəxsin istifadəsində olub və ikinci sahibi olmuşuq. Özümüzdə olduğu 11 il müddətində 43000 km sürülüb və ikinci maşın kimi istifadə edilib.
Motor və xodovoy sistemi üçün hazırda heç bir xərc tələb etmir. Sürülüb yoxlanması mümkündür. Xarici görünüşdə bəzi (kosmetik) xırda xərcləri ola bilər və bu kimi xərclərin də nəzərə alınması mümkündür.
Maşın Şəki şəhərindədir. Real alıcılar bununla bağlı müraciət edərək yerində maşına baxış keçirə bilər. Kredit imkanı var (Şəxsdən asılı olaraq notarial və ya bank krediti ilə) və barter təklifləriniz ilə də maraqlanıram.
Təcili satıldığı üçün qiymətdə danışığa əsasən endirim edilməsi mümkündür.
Maşının üzərində əlavə olaraq müxtəlif ehtiyyat hissələr razılaşmaya əsasən veriləcək.