Salam
Özünə sağlam Gentra axtaranlar buyurub zəng edə bilər. Buferləri çıxmaq şərtilə maşın Bezkrasqadır, udarı, çürüyü pası yoxdur və taksidə sürülməyib.
1) Mator açılmayıb və yağ yeməyi qətiyyən yoxdur. Daimi olaraq EuroLub 5W-30 yağından istifadə edilib. Yağı daimi olaraq Avtoklub yağ mərkəzində dəyişdirilib və bunu təsdiq edən serviz kitabçası var. Həmçinin mexaniki karopkası və çaşqa feredosu yaxşı vəziyyətdədir. Soyutma sistemi yaxşı işləyir və Bardahl G12+ qırmızı rəngdə olan antifristdən istifadə olunub.
2) Salonu səliqəli qalıb, qapı içlikləri dəri ilə yığılmışdır. Eva ayaq altılar, android manitor, video registrator və gecə görüşlü arxa kamerası vardır.
3) Rəngi bozarmayan 380 manatlıq orginal S stoplar quraşdırılmışdır.
4) Peredok sistemi, ümumilikdə maşının alt asqı sistemi yaxşı vəziyyətdədir və zavod öz detallarıdır.
5) Təkərlərin dördüdə dörd fəsil Kumho Solus Ta21 modeli olan koreya təkərləridir və yaxşı vəziyyətdədir.
Maşın qaraj şəraitində saxlanılır və az sürülür. Prabeqi hal-hazırda 145000 km-dir. Sənədləri qaydasındadır və maşın öz adımadır. Maşın nömrəsiz satılır. Alan adam öz adına keçirtməlidir. Allah alana da, satana da xeyir versin.