Maşını özüm üçün 2014-cü ilin martın 9-da Gürcüstandan almışıq. Oraya da 2014-cü ilin yanvarın sonunda gəlib. Mən alanda 134 mində olub. Gürcüstan sənədlərinin hamısı, kitabçası hələ də qalır. Maraqlanan olana göstərərəm.
Alınan vaxtdan indiyəcən maşında görülən işlərin hamısını özümün tutduğum servis dəftərçəsinə qeyd eləmişəm.
Maşın qaraj şəraitində saxlanılır.
Sürətlər qutusunun yağının dəyişməsinə 15-20 min var.
Alınan gündən daim antifrizlə idarə.olunub. Antifriz yaxın vaxtlarda dəyişilib və orijinal BMW qrup antifriz tökülüb.
Maşın səliqəli idarə olunub.
Bəzi kosmetik işlərə ehtiyacı var. Ancaq o qədər də.təcili deyil, idarə eləmək mümkündür, narahatlığı yoxdur.
Motorxanası heç vaxt moykada yuyulmayıb. İmkan olduqca özüm təmizləyib təmiz saxlamağa çalışıram.