Çox geniş və rahat avtomobildir, uzaq məsafədə insanı yormaz. Yolda sürüş keyfi verir. Maşına xeyli xərc qoyulub, remenlər dəyişilib, pompa, termostat yenisi ilə əvəz olunub. Qışqabağı peç sistemi tamamilə yenilənib. İki yeni qış təkəri qoyulub, ehtiyat təkər var. Yanacaq sərfiyyatı 8 litrdən çox deyil. Müəllim maşınıdır. Alverçi deyiləm. Bütün sənədlər qaydasındadır, maşın öz adımadır. Sığorta iki aydır, texniki baxış bu ay təzə edilib. Qiymətdə razılaşma mümkündür. Maşın Quba rayonu, Nüqədi kəndindədir. Burada, ya Qubada baxa bilərsiniz.