Salam.
Avtomobil yaxşı vəziyyətdədir. Şəxsi avtomobildir və sahibi tərəfindən satılır. Alınan gündən heç zaman sərnişindaşımada istifadə edilməyib, ailə maşını olduğu üçün yalnız bəzi hallarda Mərdəkanda bağ evinə gediş-gəliş və yüngül əşyaların daşınması üçün istifadə edilib. Şəkillər yeni çəkilib və hal-hazırda avtomobil göründüyü vəziyyətdədir. Sahibi yaşlı adam olduğu və artıq qeyd edilən avtomobilə ehtiyac olmadığı üçün satılır. Qeyd edim ki, avtomobil 8 ildir ki, sahibindədir (qeydiyyat şəhadətnaməsi satan şəxsin adınadır) və çox səliqəli idarə edilmişdir. Avtomobil Bakı şəhəri, Əmircan qəsəbəsindədir və heç yerə gətirilmir, baxmaq istəyən yalnız deyiləcək ünvanda gəlib baxa bilər.(Maşın həyət şəraitində saxlanılır). Qiymət barəsində yalnız avtomobilə baxış keçirildikdən və yoxlanıldıqdan sonra qarşılıqlı razılığa gəlmək olar.
Qeyd : Avtomobil etibarnamə ilə satılmır, alıcı avtomobili öz adına keçirməlidir.
Diqqətiniz üçün təşəkkür edirəm.