Avtomobil 2011-ci ilin mart ayında Bakı şəhərində rəsmi servisdən alınıb və zəmanət müddətində yalnız qrafik əsasında servisdə xidmət göstərilib. Qəzalı deyil, vuruğu yoxdur. Aksessuarlarında xırda kosmetik işlər olub. Təkərlər bu il dəyişilib (650 manat). Akkumulyator 15 gündür yenisi qoyulub. Sadə mator və sadə karobkadır. Karobkanın yağı (Liqui Moly) yayda dəyişilib. Mator yağı mütəmadi keyfiyyətli yağ istifadə olunub. Panorama və lyuk var. Praktiki, xərc tələb etməyən maşındır. Avtomobili nömrə ilə birlikdə satıram. Nömrənin qiyməti təxminən 1100-1200 manatdır. Maraqlanan olarsa whatsapp-da yazsın. Qiymətdə müəyyən qədər razılaşmaq olar.