Koreyadan 2023 noyabrda şəxsi istifadə üçün gətirmişəm. İdeal vəziyyətdədir, heç bir xərc tələb etmir.
Yüksək off-road xüsusiyyətlərə malik geniş, rahat, 7 yerlik ideal ailə maşınıdır.
100km-ə şəhərdaxili 10 litr, trassda 7 litr, qarışıq rejimdə 8-9 litr dizel işlədir.
Avto-pnevmatikası var, yüklənmə və yolsuzluq şəraitinə görə hündürlüyü avtomatik və manual tənzimlənir.
Start-stop, açarsız daxilolma (Keyless Go), işıq və yağış sensoru, avtopilot, eniş-yoxuş, yağış-qar, daşlıq-hamar yol rejimləri var.
Xahiş edirəm maşın alverçiləri və ciddi almaq niyyəti olmayanlar narahat etməsin.
Qiymət barədə yalnız maşının yanında baxdıqdan sonra danışıb razılaşmaq olacaq.
Maşına iş vaxtları Qaraçuxurda, axşam saatlarında isə Xalqlar Dostluğu metrosu tərəfdə baxmaq olar.