Hər vaxtınız xeyir olsun. Vin kod 2016, texpasport 2015. Ölkəyə ön kapot və bufer zədəsi ilə gəlib. 143.000 KM original. Udar olmayıb, şarlar atmayıb. Öz adımadır. Sığortası bu yaxınlarda edilib. 2 illik texniki baxışdan keçib (2026 sentyabra qədər). Maşında gizli menyu açdırmışam antifriz dərəcəsi, karobka yağının dərəcəsini ekranda göstərir. Uzaqdan işə salma aktivdir, Cruise Control var, böyük monitor ekran. İnjektor işığı yanmır. Tam bakla minimum 600, maksimum 700 km gedirəm faktiki qarışıq rejimdə. 92 və 95 qarışdırıb vurulur maşına 4 ildir. Yalnız original detallarla qulluq olunub. Dəyişdiyim detalların qarantiya talonlarını əlavə edirəm şəkillərə. Maşın normal istismar olunur, soyuq matora qaz verilmir, saxlananda düzgün əl əyləci ilə saxlanır, karobkada atma vurma yoxdur. Matorun və karobka yağını dəyişilib qaydasındadır. Akkumlyator təzə dəyişib 75-liklə. 4 təzə təkər vurulub. Xırda kosmetik xərci var. Pul lazım olduğu üçün satılır.