Yaponiyanın özündə yığılmış nadir modellərdən biri olan Honda CRV ən dözümlü və xərc tələb etməyən maşınlardan biridir. Maşın 1-ci sahibi tərəfindən "Honda" mərkəzindən alınıb. 5 ildir bu maşını sürürürəm,sadəcə ev almaq üçün satılır. Maşın ideal vəziyyətdədir. 0 km dən- 130.000 min probeqə qədər birinci sahibində olub, 1-ci sahibindən elə bu saytda almışam.Bu barədə məlumat da var, 2019-cu ildə sayta yerləşdirdiyi şəkili də çəkmişəm. Sadəcə turbo.az bu cür şəkilləri yerləşdirməyə icazə vermir. Birinci sahibi bütün xidmətləri "Honda" servisdə elətdirib. Karobka,motor ideal vəziyyətdədir,hətta 100 qram belə yağ azalması olmur. Hazırda mən də zəruri olan, karobka, arxa most və antifrizi rəsmi "Honda" servisdə dəyişdirirəm. Ancaq "Honda" servisdə bir az baha olduğu üçün yağ,nakladka,və digər xırda məsələləri özüm istədiyim yerdə edirəm. Bütün qapıların ayaqları,podnoşkalar, baqajın içərisi vinillənib! Maşının içərisi başdan-başa (keçənin üzəri ) şəffaf plyonka ilə örtülüb. Motora "Mitasu Gold" yağı tökülür. Avtomobil demək olar ki, Bakıdan kənara 2-3 dəfə çıxıb. 5 il ərzində avtomobil 50.000 min km sürülüb!!! Ancaq işə və evə! Probeq üstündə nədir odur,istənilən mütəxəssis yoxlaya bilər. İki il əvvəl salınmış 4 fəsil "Bridgestone" təkərlərdir. Ən azı hələ 1 il də sürmək olar. Bundan başqa razvalnı ftulkalar,linklər və arxa ştanqalar yeni dəyişdirilib. 4 amartizatorun heç biri boşalmayıb,tam ideal vəziyyətdədir. Salon kojadır,ideal vəziyyətdədir.Qabaq pılniklərə qədər yenilənib.Oturacaqlar dəridir,ideal vəziyyətdədir. Sadəcə ximçistkadan sonra söküb yerinə yığan bir az səliqəsiz iş görüb. Bir sözlə maşına yüksək səviyyədə quluq olunur! Desəm ki, bu ildən olan bu vəziyyətdə maşın bütün Azərbaycanda yoxdur, yəqin ki, inanan olmaz. Honda CRV ilə maraqlananlar, xahiş edirəm maşını leş CRV- lərlə müqayisə etməyin! Yerində baxış olarsa cüzi endirim ediləcək!