İdeal Audi A5 Quattro, S Line, maksimal komplektasiya! Özünüzə baxımlı, saf Audi axtarırsınızsa 22:00-dək əlaqə saxlaya bilərsiniz. Avtomobil Audi Bakı mərkəzindən alınıb, qaraj şəraitində saxlanılıb. Avtomobilə heç bir əlavə dəyişikliklər edilməyib. İndiyədək bütün dövri qulluqlar olunub. Hər 5000 km-də mühərrik yağı dəyişilib. Hal-hazırda uzun müddət heç bir servisə ehtiyacı yoxdur. Cəmi 114000 km yürüyüşlə bugünədək ildə cəmi 11000 km olmaqla az sürülüb. 2025-ci il Yanvar ayında mühərrik yağı, filterlər, 4 ədəd nakladka (Textar firması) dəyişilib, ümumi check-up olunub və heç bir nasazlığı yoxdur. Mühərrik, sürətlər qutusu saat kimi işləyir. İstədiyiniz servisdə yoxlada bilərsiniz. Hər-hansı nasazlığı aşkar olarsa qiymətindən çıxılacaq (ancaq elə bir hal yoxdur). Son qiymət Avtomobilə baxdıqdan sonra danışıla bilər. Təcili olaraq satılmır.