Diqqət:Bütün xərclər nəzərə alınaraq qiymət qoyulub!
Öz avtomobilimdir. 1 ildən çoxdur məndədir. Evimin tikintisi ilə əlaqədar satıram. M50B25 143 Bosch provodkasi ilə. Mühərrik çox güclüdür və bir qram belə yağ azalma yoxdur. 32 Style disklər (rənglənməlidir) 2 həftə əvvəl təzə təkərlər almışam. Kosmetikaya ehtiyyac yoxdur polirovka olunmalıdır. Amma qabaq sol kreloya kraska lazımdır, kəsici əşya dəyib kraska tökülüb.Xodovoyda ön hissələrdə çox şey dəyişilib.
Həmçinin təzəlikcə Thermostat, onun korpusu korpusu, motorun poduskalari dəyişilib.Peç və kondisioner ela işləyir.
Problemlər: padpresde çat var, rulevoy yağ axıdır, arxa sol qranat dəyişilməlidir, Arxa skorosa atanda likk eləyir usta deyir qranatdir. İyulun aşağı qalxıb enən modu öz özünə işləmədi. Təzəlikce drajeniya əmələ gəlib 80 km/saat da başlayır. Ilk növbədə balans olunub yoxlanılmalıdır. Işimlə əlaqədar hələki ustaya gedə bilməmişəm.
Uzun uzadı yazmaqda məqsədim odur ki, almaq istəyən adam üçün qaranlıq heç nə qalmasın