Nissan Note Rider tuning versiya
Maşının Azərbaycanda 1-ci sahibi dostum olub, 1 il o istifadə etdikdən sonra mən almışam. 1 il 3 aydı mən istifadə edirəm.
Maşın çox yaxşı vəziyyətdədi, hal-hazırda heç bir problemi, xərci yoxdur. Bütün qulluqları vaxtı vaxtında olub və orijinal ehtiyyat hissələrindən istifadə edilərək əvəzlənib. Mühərrik üçün Petrocanada yağından istifadə edilib, mühərrikdə qətiyyən yağ azaltma yoxdur. Kosmetik işlərə ehtiyyac yoxdur, şəkillərdə duruşundan necə vəziyyətdə olduğu hiss olunur.
Çöldən balaca görünsə də içi çox genişdir.
- açarsız daxil olma
- açarsız mühərriki işə salma
- ECO, Normal və Sport rejimləri
- Güzgülərin qatlanması
- Maşının qazanı sport qazandır, (2 ildən çoxdu səsinə görə ilişən olmayıb)