Avtomobil bufer vuruğu ilə Azərbaycana gəlib. Alınan gündən daima Liqui Moly Special TEC AA 5w30 (America & Asia) yağından, Aİ95 oktanlı benzindən və alman markalı antifrizdən istifadə olunub. Əyləc bəndlərində ispan markası olan lcer-dən istifadə edilir. Gündəlik 13-15 km sürülür. Dəyişən və yenilənən bütün detalları yalnız və yalnız orjinal GM markası ilə əvəzlənib. Nexen markalı M+S təkərlər hələ növbəti bir neçə ildə avtomobilə xidmət edə bilər. Avtomobilə Avto Təmir Mərkəzində Anar usta qulluq edir. İstənilən sualı məndən xəbərsiz özünə də verə bilərsiniz. Yol tutumu, konfortu, qənaətcilliyi ilə daima güvəndiyim yol yoldaşı olub. Texniki baxışdan keçib, icbari sığortası qüvvədədir. Azərbaycanda olandan heç bir qəza hadisəsi olmayıb. Xaiş edirəm avtomobil alverçiləri narahat etməsin, barter edilmir.