Chevrolet Cruze 1.4 Turbo (RS paket), amerikanka.
Maşın 2017-ci il istehsalıdır, amma texniki pasportda 2016 kimi qeyd olunub.
Yaxşı vəziyyətdədir, heç bir problemi yoxdur. Yüngül kosmetik işləri var.
Şəxsi maşındır, çox səligəynən baxmışam. Daimi işdən evə sürülən maşındır. Leş cruze-larla müqayisə etməyin. Alverçi deyiləm.
Həmişə yalnız 95 markalı benzinlə sürülüb.
Yürüyüş kilometrlə göstərilib.
Maşına ancaq rəsmi servisdə qulluğ edilib. Heçbir problemi yoxdur, harda istəsəniz yoxlaya bilərsiz.
- Texniki baxışdan yeni keçirilib və 2027-cı ilə dək vaxtı var.
- Sığorta qaydasındadır
- Təkərlər yaxşı vəziyyətdə
- Möhtəşəm BOSSE akustik səs sistemi var
- Keyless Go - açarsız daxil olma. (4 qapıda da var)
-Start/stop
- Qapı açıq qalarsa və açar içəridə qalarsa səs siqnalı ilə məlumatlandırma
- Auto stop eco rejimi mövcuddur
- Sükanın sürücüyə uyğun tənzimlənməsi
- Uzaqdan mühərrikin işə salınması
- Lyuk var və işləkdir
- Böyük manitor və Touchscreen (sensor)
- Arxa görüntü kamerası (Trayektoriyalı versiyası)
- Park radarı mövcuddur
- Mülti sükan
- İşıq sensoru və təkərlərin təzyiqi, yağın keyfiyyətini və bir çox məlumatları göstərən idarəetmə paneli
- Oturacaq qızdırıcı (ön 2 oturacaq)
- Yan güzgülərin elektron idarə olunması
- Climate control
Alverçilər narahat etməsin, xahiş edirəm.
Barter və kredit yoxdur, yalnız nağd satılır.
Son qiymət maşının yanında müzakirə olunacaq.