KIA FORTE LXS - Vin 2019 (aprel ayı), texpasport 2019. Maşın ideal vəziyyətdədir. Heç bir problemi yoxdur. Bütün baxımları vaxtında olunub. Təmiz, səliqəli salon və xarici görünüşə sahibdir. 2.0L DOHC benzin mühərrikdir. Azərbaycanda ilk sahibiyəm. Sağ arxa kurlo zədəsi ilə gəlib, tək arxa krılo rənglənib,dəyişən detalı yoxdu. Avtomat sürət qutusu, Eco, Normal və Sport sürüş rejimləri mövcuddur.
Bluetooth, AUX, USB, Apple CarPlay və Android Auto dəstəyi funksiyaları var. 3 knobka, zolaq tanıması, avtomatik sükanın idarə edilməsi var. Dumannıları və blijniləri led quraşdırılıb. Real alıcı ilə maşının yanında qiymətdə razılaşma olacaq.