Avtomobil alınan gündən rəsmi servisində qulluq olunub. Görülən işlərlə bağlı bütün ehtiyat hissələri yalnız orjinalları ilə əvəzlənib. Rəng dəyən yerləri var. Kosmetik problemi yoxdur. Asqı sistemi tam ideal vəziyyətdədir. Yürüşü orjinaldır. Daha uzun müddət və yürüşlə xidmət edə biləcək vəziyyətdədir. Təkərləri yenidir. Bütün funksiyaları işləkdir. Salonda qırıq-sınıq heçnə yoxdur. Sükan, sürətlər qutusu başlığı və əl əyləci keyfiyyətli dəri ilə üzlənib. Avtomobildə əlavə gizli funksiyalar aktivləşdirilib. Mühərrik yağı yalnız Mobil 5w40 ilə doldurulub və orjinal filteri ilə dəyişdirilib. Arxa əyləc diski və qəlibləri yeni dəyişilib. Akumulyatoru 2 il əvvəl qoyulub. Varta firmasıdı. Avtomobilin ekspertiza raportu mövcuddur. Real maraqlanan şəxsə təqdim edəcəm. Ən son şəkildə avtomobilin rənglənən və pdr işi (bezkraska) görülən hissələrini görə bilərsiniz. Daha ətraflı məlumatlar raportda yer alır. Qısacası avtomobilə premium qulluq olunub. Özüm ustayam, avtomobillə bağlı hər bir sualınızı cavablandıra bilərəm. 2013+ Volkswagen CC 2.0 ilə barter düşünə bilərəm. Whatsapp aktivdir. Gün ərzində saat 07:00-dan axşam 22:00-a qədər əlaqə saxlaya bilərsiniz.