Təmiz və baxımlı avtomobildir. Qaraj şəraitində saxlanılıb.
Mühərrik həcmi: 1.8 litr, benzin, avtomat korobka.
Avtomobil texniki cəhətdən tam saz vəziyyətdədir, heç bir əlavə xərci yoxdur. Vaxtında bütün texniki baxışlardan keçib. Udarı olmayıb.
Salonu səliqəli və rahatdır, yürüş realdır.
Həm şəhər içi, həm də uzun yol üçün ideal avtomobildir – etibarlı, qənaətcil və rahat.
Avtomobil şəxsi istifadə üçün olub və daim qayğı ilə saxlanılıb.
Avtomobildə monitor, arxa görüntünü kamerası, led lampalar quraşdırılıb.
Xahiş edirəm real alıcılar əlaqə saxlasın, alverçilər narahat etməsin!