Maşın 10 ildir məndədir. Bakıdan Toyota Servisdən alınıb. Vaxtında texniki qulluq olunub, bununla bağlı 10 illik qeydlər mövcuddur. Çalışmışam maşına səliqəli baxım bu illər ərzində.
Avtomobilə Starline b9 mühafizə sistemi quraşdılırıb. Mühərriki 100 m məsafəyədək distansion işə salmaq mümkündür. Yay və qış aylarında bu xüsusilə rahatlıq verir.
Avtomobilə rəsmi dilerdən İtaliya istehsalı LPG gaz sistemi quraşdırılıb. Bu da, 100 km cəmi 10 manatlıq yanacaq sərfiyyatı deməkdir. Qaz bitəndə avtomatik benzinə keçir. DYP-dən rəsmi qeydiyyatdan keçib və texniki pasporta xüsusi qeyd əlavə edilib.