Salam. Allah hər kəsin malına mülkünə bərəkət versin. Xahiş edirəm ki, boş yerə narahat etməyəsiniz.
Maşın servisdən 2015-ci ildə alınıb. Gündəlik iş ev 60-70 km sürülən maşındır. Probeqi dala çəkilmiş,şirkət və ya DYP də xidməti maşın olanlarla səhf salmayın. Salonda cırıq sökük yoxdur. Avtomobilin bu günəcən 2 qəzası olub. Birinci sürücü tərəfindən,ikinci arxa tərəfdən. Ciddi qəzası olmayıb şəkilləridə var. Sol tərəf arxa qapınının sürdüyüm üçün tutacaqdan aşağı hissəsi rənglənib. Qəzaların birində dəmirçi işi görülüb. Bakavin ,lanjuron yerindədir. Airbag atmayıb, şitdə çat rəng getmə yoxdur.Mator ,karopka ideal vəziyyətdədir. Açılmayıb.Castrol Edge yağından istifadə olunub. Hal-hazırda maşında 2.4 matorun kondisaner kompressoru qoşulub və frionini yenilənib,ona görə də kondisaneri əla soyuq vurur. Köhnə kompressoru da məndədi alan şəxs istəsə onu yenidən quraşdırar. 350 manatliq optikası var. Elektron tənzimlənən və lupalı faraları gecə görünüşündə heç bir narahatçılıq yaratmır. Servisdə 2022-ci ildə arxa görüntü kamerasi və güzgüsü quraşdırılıb. Hal-hazırda maşında texniki olaraq heç bir xərc yoxdur. 10 ilin avtomobili olduğunu nəzərə alsanız sevinərəm. Maşın qaraj şəraitində saxlanılır. İşimlə əlaqədar satılır.